QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, şairə Könül Nazimqızı mərhum dostu Rəhim Rəhimlinin xəstəliyi barədə danışıb. O, “Sevilən səhər” proqramında qonaq olarkən efirdə kövrəlib.
Nazimqızının sözlərinə görə, Rəhim dünyasını dəyişməzdən bir həftə əvvəl onun evində olub. Yayda isə birlikdə son çəkilişlərini ediblər. Şairə bildirib ki, ad günündə onu ilk təbrik edən də dostu idi.
O, Rəhimi həkimə aparmaq üçün dəfələrlə çalışdığını, lakin dostunun müayinəyə getmək istəmədiyini deyib. Bir dəfə Rəhim ona sənədlər göndərərək xərçəngə tutulduğunu dediyini bildirib. Nazimqızı isə həmin vaxt dostuna belə bir xəstəliyinin olmadığını söyləyib, halbuki sənədlərdə diaqnoz qeyd olunmuşdu.