QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Vyetnam yaxın vaxtlarda Azərbaycanda səfirlik açacaq. Bu barədə Baş nazir Le Minh Hunq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı məlumat verib.
İlham Əliyev Vyetnamın qərarını müsbət qiymətləndirib. O bildirib ki, Azərbaycanın Vyetnamdakı səfirliyi uzun müddətdir fəaliyyət göstərir.
Prezidentin sözlərinə görə, hər iki ölkədə diplomatik nümayəndəliklərin tam fəaliyyəti ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verəcək.