QafqazNews TASS-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin müavini Georqi Borisənko IV Rusiya-Ərəb Afrika konfransında, “Valday” diskussiya klubunun tədbiri çərçivəsində jurnalistlərə açıqlama verib.

Borisənko bildirib ki, Moskvanın ABŞ və İran arasındakı münasibətlərin tənzimlənməsinə yönəlmiş bütün təklifləri hələ də qüvvədədir. O, xüsusilə İranın nüvə proqramına aid olan təkliflərin də masada qaldığını vurğulayıb.

“Biz dəfələrlə ABŞ ilə İran arasında mövcud böhranın həlli üçün müxtəlif təkliflər irəli sürmüşük, o cümlədən İranın nüvə proqramına aid olanlar. Bu təkliflər danışıqlar masasında qalır”, - deyə diplomat əlavə edib.