QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunda əməkhaqlarının məbləğləri təsdiqlənib. Təsdiqlənən ödənişlərə vəzifə maaşları, əlavələr, mükafatlar və digər ödənişlər daxildir.
Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. Sənədə əsasən, institutun direktoru ayda 6 000 manat, direktor müavini və direktor müavini-baş mühəndis 5 000 manat alacaq.
Mərkəz müdirinin maaşı 4 200 manat, şöbə müdirlərinin əməkhaqqı isə 4 000 manat müəyyən edilib.
İşçilərə vəzifə maaşlarına əlavə, mükafat və digər ödənişlər institutun göstərdiyi xidmətlərdən əldə edilən gəlirlər hesabına veriləcək.