QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, koronavirusun PJ 2.1 ştammı dünyanın bir sıra ölkələrində, o cümlədən Avropa, ABŞ və Kanadada qeydə alınıb. Bu variant soyuqdəymə və qripə bənzər əlamətlərlə müşahidə olunur.
Azərbaycanda həmin ştamma yoluxma hallarının olub-olmaması ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, ölkədə respirator virus infeksiyaları, COVID-19 da daxil olmaqla, davamlı epidemioloji nəzarətdə saxlanılır.
Qurumun açıqlamasında qeyd olunub ki, SARS-CoV-2 digər mövsümi respirator viruslarla birlikdə ümumi epidemioloji müşahidə çərçivəsində izlənir və bu sahədə monitorinq tədbirləri davam edir.
Nazirlik Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və beynəlxalq təcrübə əsasında əhalinin sağlamlığını qorumaq üçün nəzarət və profilaktika tədbirlərinin həyata keçirildiyini vurğulayıb.