QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Yaponiyada tədqiqatçılar dişlərin təbii şəkildə yenidən inkişafına təkan verə biləcək eksperimental preparat üzərində çalışırlar. Gələcəkdə bu vasitənin implant və protezlərə alternativ olması ehtimalı araşdırılır.

Həkim Katsuo Takahaşinin rəhbərlik etdiyi qrup dişlərin inkişafını məhdudlaşdıran USAG-1 zülalını hədəf alan dərman hazırlayıb. Zülalın fəaliyyətinin dayandırılması ilə orqanizmin yeni dişlər yaratmaq imkanının işə salınması nəzərdə tutulur.

Heyvanlar üzərindəki ilkin sınaqlar müsbət nəticə verib və bu göstəricilər preparatın insanlar üzərində yoxlanmasına zəmin yaradıb.

Tədqiqatın ilk mərhələsində diqqət anadangəlmə diş çatışmazlığı olan şəxslərə yönəldiləcək. Beləliklə, preparatın ilkin hədəfi travma və ya kariyes səbəbindən dişlərini itirənlər deyil, doğuşdan bəzi dişləri olmayan insanlardır.