QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Alim Qasımovun muğam çalarları ilə ifası “Grand Theft Auto VI” oyununda yer alıb.

Sosial şəbəkələrdə oyunçuların yaydığı görüntülərdə GTA VI-dakı “Kaleidoscope FM” radiostansiyasında Alim və Fərqanə Qasımovanın “Say It Right” mahnısına muğam sintezində hazırladıqları versiya səslənir.

Dünya şöhrətli hitin bu yozumu illər əvvəl “Bizimkilər” layihəsi çərçivəsində ictimaiyyətə təqdim edilib.

“Kaleidoscope FM” oyunun radiostansiyalarından biridir. Burada müxtəlif ölkələrdən olan musiqiçilərin məşhur mahnılara fərqli üslub və janrlarda hazırladığı versiyalar yayımlanır.