QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, fərdi jurnalist müsabiqəsində iştirakçıların sosial platformalarda yayımladığı materiallara auditoriyanın reaksiyası da qiymətləndirmə meyarları sırasına daxil edilib.
Bu yanaşma Media və Yayım Şurasının təsdiqlədiyi yeni qaydalarda yer alıb. Jurnalistin müsabiqəyə verdiyi material barədə şəxsi “X”, “Instagram”, “TikTok”, “Facebook”, “Telegram” və “YouTube” hesablarında etdiyi paylaşımlar nəzərdən keçiriləcək.
Hesablamada həmin paylaşımlara gələn bəyənmələrin, şərhlərin, təkrar paylaşımların və saxlanmaların ümumi sayı əsas götürüləcək.
Qaydalara əsasən, göstəriciləri süni şəkildə artırmaqla əldə olunan izləyici və qarşılıqlı əlaqə rəqəmləri qiymətləndirməyə daxil edilməyəcək.