QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, müğənni və bəstəkar Murad Arif Azərbaycanın musiqi sahəsindəki inkişafı və ölkənin “Avroviziya” mahnı müsabiqəsindəki çıxışları barədə fikirlərini bölüşüb.
O, son illərdə yarışmada gözlənilən nəticələr əldə edilməsə də, yerli musiqi sənayesinin inkişaf etdiyini hesab edir.
Murad Arif bildirib ki, 2007-2008-ci illərdən başlayaraq uzun müddət xarici bəstəkarlarla çalışmağa üstünlük verilməsi yerli bəstəkar və musiqiçilərin inkişafına mənfi təsir göstərib. Onun fikrincə, bu cür əməkdaşlıqlar yerli mütəxəssislərin yetişməsi üçün imkanları daraldıb.
Bəstəkar gələcəkdə “Avroviziya” səhnəsinə çıxmaq və beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək arzusunda olduğunu da deyib.