QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, AzTV yaxın zamanda yeni formatda yayıma keçəcək. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə məxsus kanallarda nəzərdə tutulan dəyişikliklərlə bağlı yayılan bəzi məlumatların, o cümlədən loqoların həqiqəti əks etdirmədiyi bildirilib.

AzTV-nin açıqlamasında qeyd olunub ki, kanalda format və qrafikadan tutmuş texniki imkanlar və studiyaya qədər bir sıra yeniliklər həyata keçiriləcək. Bu proses başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Açıqlamada həmçinin dəqiqləşdirilməmiş xəbərlərin, xüsusilə də yanlış loqoların yayılmaması xahiş edilib.